• 2 Dekabr 2020
logo
Xətai rayonunda İnqilab İsmayılov küçəsi abadlaşdırılır

Xətai rayonunda İnqilab İsmayılov küçəsi abadlaşdırılır

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır. Abadlıq işləri yekunlaşan növbəti küçə İnqilab İsmayılovdur.

Görülən işlər çərçivəsində İnqilab İsmayılov küçəsi 56, 58, saylı ünvanında abadlıq işləri yekunlaşıb, 3,5,7 saylı ünvanlarda isə yekun tamamlama işləri aparılır.

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb.Yaşayış binalarının yaxınlığında müasir standartlara cavab verən park və bağlar salınmış, küçə boyu yeni yaşıllıq zolaqları salınmış, hərəkət hissələrinə qəmbər daşlar döşənmiş, uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, su fəvvarəsi, idman meydançası və idman qurğuları quraşdırılmışdır. Həmçinin, yaşayış binalarının fasadları rənglənmişdir. Abadlaşdırılan bütün ərazilər ən müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Küçə boyu velosiped zolağı salınmış, avtomobil yolunun kənarlarına bordyorlar düzülmüş, piyada səkiləri çəkilmişdir.

Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 13 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri davam etdirilir. Burada çalışanların əksəriyyəti işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq- quruculuq işlərinə cəlb olunan rayon sakinləridir. Sonradan həmin şəxslər salınan parklara və yaşıllıqlara nəzarət və qulluq üçün burada işlərini davam etdirəcəklər.