• 4 İyul 2025
logo
Agentlik sədri: "Yaşı 65 yaşdan yuxarı olanlarla bağlı qərar veriləcək"

Agentlik sədri: "Yaşı 65 yaşdan yuxarı olanlarla bağlı qərar veriləcək"

"65 yaşdan yuxarı insanların evdə saxlamağın bir səbəbi var, bu da onların sağlamlığını qorumaqdır".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, tendensiya müsbət qalarsa, əlavə yumşadılma tədbirlərində bu məsələ nəzərdən keçirilə bilər: “Epidemioloji vəziyyət qiymətləndirilərək, Nazirlər Kabineti tərəfindən qərarlar veriləcək”.