• 10 İyul 2025
logo
Azərbaycanda koronavirusdan ölənlərin 43 faizini 60-69 yaşlı şəxslər təşkil edir

Azərbaycanda koronavirusdan ölənlərin 43 faizini 60-69 yaşlı şəxslər təşkil edir

Koronavirusa yoluxanların 54%-i qadın, 46%-i kişilərdir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O, eyni zamanda koronavirusdan ən çox ölümlərin qeydə alındığı yaş qrupunu da açıqlayıb: “Ən çox ölüm qeydə alınan 60-69 yaş arası şəxslər olub. Bu isə koronavirusdan ümumi ölümlərin 43 faizini təşkil edir”.