• 27 İyul 2024
logo
Zaur Əliyev: "Gəncədə karantin rejiminə düzgün əməl olunmadığına görə yoluxma artmışdı"

Zaur Əliyev: "Gəncədə karantin rejiminə düzgün əməl olunmadığına görə yoluxma artmışdı"

"Son zamanlar koronavirusa yoluxanların sayı artıb. Bu, bizə siqnallar verir ki, vətəndaşlar tövsiyələrə daha ciddi riayət etməlidir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, son zamanlar Gəncədə virusa yoluxanların sayında artım olub: "Ora İşçi qrupu ezam olundu və araşdırdı. Təəssüflər olsun ki, orda karantin rejiminə düzgün əməl olunmadığına görə yoluxma artmışdı.

Cənub və şimal zonasında həftədə bir neçə dəfə vətəndaşlar sərhəddən keçir. Biz əvvəldən bildirmişik ki, kim sərhədi keçirsə, mütləq karantinə gedir və test olunur. İranla gedib gəlmələrə görə cənub zonasında belə ocaqlar meydana gəlirdi. Tək tək ocaqlar da meydana çıxır. Dünən Salyanda da belə ocaq aşkarlandı. Belə ocaqları aşkarlamağa çalışırıq".