• 27 İyul 2024
logo
Agentlik sədri: "Koronavirusa görə gündəlik 5000 nümunə götürülə bilir"

Agentlik sədri: "Koronavirusa görə gündəlik 5000 nümunə götürülə bilir"

"Karantin elan edilməsi nəticəsində Azərbaycanda koronavirusa yoluxma nəzarətə götürülüb. Bu, tək Azərbaycanın deyil, dünyanın bəlasıdır".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, dünyada 3 milyon 500 mindən çox insan bu virusa yoluxub: "Yoluxmaların müəyyənləşdirilməsi üçün analizlərin qəbulu keçirilən məntəqələr var. Bunlar tam avtomatlaşdırılıb. İlk günlərdə 200-300 nümunə götürə bilirdik. İndi isə 5000 nümunə götürülə bilir".