• 24 Noyabr 2020
logo
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlərin 80 faizi vətəndaşların ianələridir

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlərin 80 faizi vətəndaşların ianələridir

“Fondun vəsaiti hesabına gələcəkdə bir neçə səhiyyə müəssisəsi tikilə bilər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Fondun İctimai Şurasının üzvü, millət vəkili Ziyad Səmədzadə bildirib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə deyib ki, Azərbaycanda indiyə qədər belə Fond olmayıb: “Fonda toplanan vəsaitlərin 80 faizi vətəndaşların ianələridir. Bu gün Şuranın iclası vəsaitlərin xərclənməsində şəffaflığın formalaşdırılması ilə bağlı olub”.