• 28 Noyabr 2020
logo
Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün hər həftə çarter reysi təşkil oluna bilər

Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün hər həftə çarter reysi təşkil oluna bilər

"Xaricdəki Azərbaycan vətəndaşların ölkəyə gətirilməsi hər gün müzakirə olunur".
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, hər həftə Azərbaycana çarter reyslərinin təşkili müzakirə olunur: "Əgər gələnlərin arasında koronavirusa yoluxanlar varsa, onlar ayrıca otaqlarda yerləşdirilməlidirlər. Belə yerlər olmalıdır ki, həmin gələnləri karantinə qəbul edə bilsinlər".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ukraynadakı Azərbaycan vətəndaşlarının problemləri müzakirə olunur: "Vətəndaşlarımız bundan əmin ola bilərlər. Ukraynadakı vətəndaşlarımızı gətirmək üçün bir çarter reysi də təşkil olunmalıdır. Bəlkə də artıq çarter reysi təşkil olunub".