• 25 Noyabr 2020
logo
Ziyad Səmədzadə: “Hazırlanacaq qanun layihəsi daxili investisiyaların artmasına imkan yaradacaq”

Ziyad Səmədzadə: “Hazırlanacaq qanun layihəsi daxili investisiyaların artmasına imkan yaradacaq”

“Vaxtilə müxtəlif yollarla qazanılmış əmlaka amnistiya verilməsi iqtisadiyyat naziri Mikayıl Cabbarovun Prezident İlham Əliyevlə görüşündə müzakirə olundu”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Fondun İctima Nəzarət Şurasının üzvü, millət vəkili Ziyad Səmədzadə bildirib.
Millət vəkili deyib ki, hazırlanacaq qanun layihəsi iqtisadiyyatın daxili investisiyalar hesabına genişlənməsi üçün imkanlar yaradacaq: “Bu yolla ölkə iqtisadiyyatına daxili investisiyaları artırmaq olar. Bu gün biznesmeni üçün elə şərait yaradılıb ki, vəsaiti sandıqda gizlətməyə, xaricə çıxarmağa ehtiyac yoxdur”.