• 25 Noyabr 2020
logo
Qərargah: Ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək

Qərargah: Ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək

"Ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək. Amma bugünkü statistika ürəkaçan deyil".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, mayın 11-də hansı qərar olacağı bundan asılıdır: "Rayonlarda ticarət mərkəzləri açılıb, amma bu bizə əsas vermir ki, arxayınlaşaq. Ticarət, ictimai iaşə müəssisələri barədə metodiki göstərişlər var. Həmin yerlərdə bu təlimatlara əmək etmək mütləqdir, əks halda neqativ statistika ilə üzləşirik. Bu isə yumşalmaya mane olur".