• 24 Noyabr 2020
logo
Operativ Qərargah: Bugünkü statistika ürəkaçan deyil

Operativ Qərargah: Bugünkü statistika ürəkaçan deyil

“Ticarət mərkəzlərinin mayın 11-də açılması məsələsi bu həftə bilinəcək. Amma bugünkü statistika ürəkaçan deyil”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Rayonlarda ticarət mərkəzləri açılıb. Amma bu bizə əsas vermir ki, arxayınlaşaq. Ticarət, ictimai iaşə müəssisələri barədə metodiki göstərişlər var. Həmin yerlərdə bu təlimatlara əmək etmək mütləqdir, əks halda neqativ statistika ilə üzləşirik. Bu isə yumşalmaya mane olur”, - deyə İ. Məmmədov vurğulayıb.