• 26 Noyabr 2020
logo
Qərargah: Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, koronavirusa yeni yoluxmaların sayı artır

Qərargah: Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, koronavirusa yeni yoluxmaların sayı artır

“Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, bu, gözlənilən idi: “Biz bilirdik ki, karantin rejimindən çıxmağa başlayanda yoluxmaların sayı artacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq kifayətdir”.