• 1 İyul 2025
logo
Koronavirusla bağlı ərazinin “yaşıl zona” elan olunmasının şərtləri açıqlanıb

Koronavirusla bağlı ərazinin “yaşıl zona” elan olunmasının şərtləri açıqlanıb

“Koronavirus aşkarlanmayan rayonlar var. Ancaq qonşu rayonlarda da koronavirus aşkarlanmazsa, yalnız o halda həmin zonanı “yaşıl zona” elan edə bilərik”.
Bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, “yaşıl zona” bir rayondan asılı deyil: “Ən azı xəstəliyin iki inqubasiya dövrü və ətraf rayonlar nəzərə alınaraq, hansısa zonanı “yaşıl zona”, yəni koronavirusun olmadığı ərazi elan edə bilərik”.
Qeyd edək ki, hazırda Azərbaycan iki zonaya – “sarı” və “narıncı zona”ya bölünüb. “Sarı zona” 50-yə qədər, “narıncı zona” isə yoluxma sayı 50-dən çox olan ərazilər hesab olunur.