• 6 Dekabr 2020
logo
Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir

Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir

Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu, həmin ərazilərdə əhalinin karantin rejiminə əməl etməməsinin nəticəsidir: “Buna görə də əhalini karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə çağırırıq. Əgər göstəricilər arzuedilməz səviyyədə dəyişərsə, sərt və uzunmüddətli məhdudiyyətlər tətbiq edilə bilər".