• 25 Noyabr 2020
logo
Sağalmış koronavirus xəstələrinin plazmasının ağır xəstələr üzərində tətbiqi üçün işlərə başlanılır

Sağalmış koronavirus xəstələrinin plazmasının ağır xəstələr üzərində tətbiqi üçün işlərə başlanılır

Sağalmış koronavirus xəstələrinin plazmasının ağır xəstələr üzərində tətbiqi üçün işlərə başlanılır. Yəqin ki, sabahdan ilkin donorlardan plazma alınaraq onların pasportlaşdırılmasına başlanılacaq.

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yoluxma hallarının aşkarlanması davam etdirilir:

“Ölkədə diaqnostik müayinələr də davam etdirilir. Hazırda Azərbaycanın bütün bölgələrində PSR laboratoriyaları fəaliyyət göstərir. Müayinə nəticəsi pozitiv aşkar edilən xəstələrin yaxınları müəyyən edilərək onların da müayinəsi aparılıb”.