• 6 Dekabr 2020
logo
Hande Harmancı: "Uşaqlara peyvəndlərin vurulması davam etdirilməlidir"

Hande Harmancı: "Uşaqlara peyvəndlərin vurulması davam etdirilməlidir"

"Valideynlər koronavirusla mübarizə ilə yanaşı, uşaqlara peyvəndlərin vurulmasını da davam etdirməlidirlər".

Bunu ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, valideynlər məxmərək, digər yoluxucu xəstəliklərə görə peyvəndlərə diqqət etməlidirlər: "Səhiyyənin əsas işi uşaqların sağlam gələcəyidir. Onları yoluxucu, öldürücü xəstəliklərdən qorumaq lazımdır. Buna görə də onların peyvəndləri vaxtı-vaxtında vurulmalıdır".