• 29 Noyabr 2020
logo
ÜST: Hər bir ölkədə tədbirlərin yumşaldılması ilə birgə xəstəliyin artıb-azalmasına dair vəziyyət izlənəcək

ÜST: Hər bir ölkədə tədbirlərin yumşaldılması ilə birgə xəstəliyin artıb-azalmasına dair vəziyyət izlənəcək

"Bütün hökumətlər insanların sosiallaşmasını hədəfləyirlər, bir tərəfdən onları qorumaq istəyir, bir tərəfdən də iqtisadi fəaliyyəti saxlamaq istəyirlər".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ÜST-ün əsas tövsiyələri sağlamlıqla bağlıdır: "Hər bir ölkədə tədbirlərin yumşaldılması ilə birgə yenə də xəstəliyin artıb-azalmasına dair vəziyyət izlənəcək. Ola bilsin ki, bəzi tədbirlər yenə də davam etdirilsin, bəzi tədbirlər azaldılsın. Bir addım atıb nəticəsinə baxılacaq. Azərbaycan da belə edəcək. Balaca mağazalar açılıb, amma bağlı olan yerlər də var. Əhali bilməlidir ki, xəstəliyə yoluxanların sayı artsa, hökumətin səhvi deyil. Ümidimiz budur ki, insanlar fiziki məsafəni qoruyacaq, yenə də gigiyenaya əməl edəcəklər".