• 3 Dekabr 2020
logo
Amerikalı alim: Əhalinin hökumətin tövsiyələrini diqqətə almaması epidemiyanın ikinci dalğasına yol aça bilər

Amerikalı alim: Əhalinin hökumətin tövsiyələrini diqqətə almaması epidemiyanın ikinci dalğasına yol aça bilər

Azərbaycanda karantin müddəti tətbiq olundu və bu, səhiyyə sistemindəki yüklənmənin qarşısını almağa kömək etdi.

Bunu bioinformatika və molekulyar biologiya sahəsində amerikalı alim Anton Yuryev deyib.

O bildirib ki, koronavirusun Azərbaycanda yoluxma xətti azalmağa doğru gedir və tezliklə karantindən çıxmaq mümkün olacaq:

“Ölüm sayının əhaliyə nisbətdə az olması onu göstərir ki, Azərbaycanda karantin müddətinin tətbiq olunması səhiyyə sistemində yüklənmənin qarşısını almağa kömək etdi. Düzgün siyasət nəticəsində qazanılan vaxt və Azərbaycan hökumətinin sərf etdiyi resurslar cəmiyyətin epidemiyaya müqavimətini gücləndirməyə yönəlib. Vətəndaşların özünün və yaxınlarının sağlamlığına məsuliyyətlə yanaşması çox vacibdir. Əhali başa düşməlidir ki, karantin tədbirlərinin yumşaldılması ölkənin koronavirusdan tam azad olmasını bildirmir. Əhalinin hökumətin tövsiyələrini diqqətə almaması epidemiyanın ikinci dalğasına yol aça bilər. Təhlükəsizlik tədbirlərinə əməl etmək ikinci dalğadan xilas olmağa və ya onun miqyasını kiçiltməyə kömək edə bilər”.

A.Yuryev hesab edir ki, koronavirus insanlar arasında iki il ərzində yayılmağa davam edəcək:

“İki il müddətinə karantin mümkün olmadığı üçün, gec və ya tez bu vəziyyətdən çıxmaq lazım olacaq. Azərbaycanda COVID-19-un yayılması üzrə məlumatlar onu göstərir ki, karantin rejimini mərhələli şəkildə yumşaltmaq mümkündür. Amma eyni zamanda təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır, karantindən çıxıb əvvəlki kimi yaşamağa davam etsək, ikinci dalğa qaçılmazdır. Bu dalğanın miqyası dövlətin və ən əsası cəmiyyətin epidemiya ilə mübarizəyə nə dərəcədə hazır olmasından asılı olacaq”.