• 27 Noyabr 2020
logo
Karantin rejiminin pozan 44751 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Karantin rejiminin pozan 44751 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.