• 30 Sentyabr 2020
logo
Karantin dövründə məhkəməyə müraciət müddəti ötürülmüş sayılmır

Karantin dövründə məhkəməyə müraciət müddəti ötürülmüş sayılmır

"Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə vətəndaşların məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulan prosessual müddətlər ötürülmüş sayılmır".

Bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

Onun sözlərinə görə, vətəndaşlar işlərə tez baxılması üçün “Elektron məhkəmə” sistemi vasitəsilə onlayn qaydada müraciət etmək hüququna malikdirlər: “Ancaq vətəndaşlar hər hansı səbəbdən onlayn qaydada müraciət etməsə belə, bu, onlar üçün müddətin ötürülməsinə səbəb olmur”.