Taleh Mahmudov: "Hər kəsi bir-birinə kömək etməyə, millətindən və dinindən asılı olmayaraq kömək əlini uzatmağa çağırıram"
Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli "Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov və din xadimi hacı Mütəllib İbişovun rəhbərliyi ilə təşkilatın nümayəndələri, Krasnoyarsk şəhərinin vətəndaşlarına karantin dövründə kömək etmək üçün xeyriyyə aksiyası təşkil ediblər. Məqsəd milliyyətindən və dinindən asılı olmayaraq ehtiyacı olanlara ərzaq yardımı etmək olub.
Bu cür xeyriyyə kampaniyası Krasnoyarsk diyarının "Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən əvvələr də təşkil edilib.
"Biz, Krasnoyarsk şəhərinin sakinləri olaraq, özünü təcridetmə rejiminə tabe olmalıyıq. Anlayırıq ki, bu müddət ərzində bir çoxları işlərini müvəqqəti itirmiş, köməksiz və çətin vəziyyətdədirlər. Bununla əlaqədar olaraq 50-dən çox ailəyə yardım etmək qərarına gəldik", deyə Taleh Mahmudov bu xeyriyyə kampaniyası haqda danışarkən bildirib. Millət vəkili xüsusən Ramazan ayında hər kəsi bir-birinə kömək etməyə, millətindən və dinindən asılı olmayaraq kömək əlini uzatmağa çağırıb.
Xatırladaq ki, Krasnoyarsk diyarının "Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının bu yardımları hələ də davam edir.