• 21 Sentyabr 2020
logo
"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

30 may tarixindən etibarən Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” tərəfindən Qırğızıstanda göstərilən roumnq xidməti üzrə yeni tarif tətbiq ediləcək.
Şirkət xəbər verir ki, qeyd olunan tarixdən “Azercell”in fakturalı və fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələrdə, bu ölkədəki rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları qüvvəyə minəcək.
Belə ki, mobil internet xidmətinin hər bir MB-na görə xidmət haqqı 3,5 manat təşkil edəcək. Qeyd edək ki, hazırda bu tarif 2,2 manatdır.