• 1 Oktyabr 2020
logo
Ceyhun Bayramov: Təhsilini başa çatdırmayan tələbələrlə bağlı hökumət qarşısında məsələ qaldıracağıq

Ceyhun Bayramov: Təhsilini başa çatdırmayan tələbələrlə bağlı hökumət qarşısında məsələ qaldıracağıq

Koronavirusla əlaqədar nəzərdə tutulmuş müddətdə təhsilini başa çatdırmayan tələbələrin onu başa çatdıra bilməsi üçün hökumət qarşısında məsələ qaldıracağıq. Yəqin ki, bu məsələ öz həllini tapacaq.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazirin sözlərinə görə, sonuncu kursda təhsil alan tələbələrin böyük hissəsi fevral ayından artıq istehsal təcrübəsində idi: “Bir çoxları bu prosesi başa çatdıra bilməyib. Çünki həmin sahələrdə də məhdudiyyət tətbiq edilib. Ona görə də istehsal təcrübəsi sahəsi ilə bağlı bəlli güzəştlər tətbiq edilə bilər. Ölkələrin təcrübələri, göstəriciləri nəzərə alınmaqla bu məsələdə xüsusi yanaşma tətbiq edilə bilər”.