• 26 Mart 2023
logo
Azərbaycanda fərdi təhsilə cəlb edilmə ilə bağlı qaydalar hazırlanır

Azərbaycanda fərdi təhsilə cəlb edilmə ilə bağlı qaydalar hazırlanır

Fərdi təhsilə cəlb edilmə ilə bağlı qaydalar hazırlanır.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən həftə qəbul edilmiş qərara əsasən, bu həftədən etibarən repetitor fəaliyyəti ilə bağlı icazə verilir:

“Bu fəaliyyət həyata keçirilərkən məsafənin gözlənilməsi xüsusi önəm təşkil etməlidir. Bununla bağlı müvafiq qaydalar hazırlanır. Bu gün, ya sabah o qaydaların açıqlanması gözlənilir. Mövcud normalara uyğun olaraq, məhdudiyyət sayla deyil, saatla bağlıdır”.