• 1 Oktyabr 2020
logo
Pandemiya ilə əlaqədar dəstək tədbirləri 4.8 milyon vətəndaşı əhatə edir

Pandemiya ilə əlaqədar dəstək tədbirləri 4.8 milyon vətəndaşı əhatə edir

Dövlətin indiki çətin dövrdə öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.
600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatların qurulmasına başlanılıb.
82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.
Beləliklə, pandemiya ilə əlaqədar təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.