• 28 Sentyabr 2020
logo
Ötən gün yollarda karantin rejimini pozan 1397 nəfər cərimələnib

Ötən gün yollarda karantin rejimini pozan 1397 nəfər cərimələnib

Ötən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.