• 22 İyul 2019
logo
add image
Azərbaycanda icbari tibbi sığorta sistemi tibbi xidmətlər spektrini genişləndirəcək

Azərbaycanda icbari tibbi sığorta sistemi tibbi xidmətlər spektrini genişləndirəcək

Azərbaycanda yaxın zamanlarda tətbiq olunacaq icbari tibbi sığorta sistemi tibbi xidmətlər spektrini genişləndirəcək.
Trend-in məlumatına görə, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, əmək bazarının tələblərinə uyğun olaraq optimal tariflərin müəyyənləşdirilməsi üzrə böyük iş görülüb. Bundan başqa, tibb xidməti paketlərinin hazırlanması üzrə də iş aparılıb.
E.Karvardin əlavə edib ki, inkişaf etmiş ölkələrdə dövlət və özəl klinikalarda keyfiyyət standartları tələbi vacib məsələlərdən biridir.