• 20 Sentyabr 2020
logo
Operativ Qərargah: Hazırda ev karantinində 3 minə qədər vətəndaşımız var

Operativ Qərargah: Hazırda ev karantinində 3 minə qədər vətəndaşımız var

“Xaricdən gələn vətəndaşlarımız karantinə götürülür, onların sayı hazırda minə yaxındır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki, eyni zamanda xəstə insanlarla təmasda olan insanlar ev karantininə götürülür: “Hazırda ev karantinində 3 minə qədər vətəndaşımız var”.