• 28 Sentyabr 2020
logo
İctmai-iaşə obyektləri, ictimai nəqliyyat və digər sahələr üzrə davranış qaydaları hazırlanır

İctmai-iaşə obyektləri, ictimai nəqliyyat və digər sahələr üzrə davranış qaydaları hazırlanır

“Operativ Qərargahın tibbi bölməsi ictmai-iaşə obyektləri, ictimai nəqliyyat və digər sahələr üzrə davranış qaydalarını hazırlayır”.

Bunu bu gün karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hər kəs bu davranış qaydalarına ciddi riayət etməlidir: “Bu qaydalar koronavirusla bağlı saytda yerləşdiriləcək”.