• 1 Oktyabr 2020
logo
Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir

Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir

"Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bugünkü test sayı 4127, ümumi test sayı 114.410 olub: "Ümumi yoluxma 1592-dir, 21 ölüm halı var. Vəfat edənlər arasında həkim həmkarımız da var, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir, onlar əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da olanlardır".

R. Bayramlı deyib ki, gündəlik yoluxma hallarının sayında azalma meyli va: "Aprelin əvvəlində yoluxma pik həddə çatıb. 1 fakt 30-60 yoluxmaya səbəb olur. Sağalanların sayı yoluxanların sayını üstələyir, bu, müsbət dinamikadır. Əvvəlki günlər 200 test edə bilirdiksə, indi gündəlik 4000-6000 test edə bilirik.