• 1 Aprel 2023
logo
TƏBİB sədri: “İndiyə qədər “Yeni Klinika”da 130-a qədər koronaviruslu xəstə müalicə olunub”

TƏBİB sədri: “İndiyə qədər “Yeni Klinika”da 130-a qədər koronaviruslu xəstə müalicə olunub”

““Yeni Klinika” tibb mərkəzinin açılması bizə çox böyük dəstək oldu, indiyə qədər 130-a qədər koronavirusa yoluxan xəstə burada müalicə olunub”.

Bunu bu gün karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda “Yeni klinika”da 6 ağır xəstə var, 8-ə qədər xəstə isə süni nəfəs aparatına qoşulmaqla müalicə alır.