• 29 Sentyabr 2020
logo
Azərbaycanda indiyədək 1592 nəfər koronavirusa yoluxub, 1013 nəfər sağalıb, 21 nəfər vəfat edib

Azərbaycanda indiyədək 1592 nəfər koronavirusa yoluxub, 1013 nəfər sağalıb, 21 nəfər vəfat edib

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.