• 29 Oktyabr 2020
logo
Xətaidə vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur

Xətaidə vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur

Məlum olduğu kimi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar müvəqqəti olaraq işsiz qalmış vətəndaşların maddi durumu ilə bağlı çətinliyin aradan qaldırılması məqsədilə önləyici tədbirlər görülməkdədir. Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Xətai rayonunda da sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirləri uğurla davam etdirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Xətai rayon Məşğulluq Mərkəzinə 1000-dən artıq müraciət daxil olub, onlardan aylıq məvacibləri ödənilməklə 700 nəfər işsiz vətəndaş işə cəlb edilib. Yeni yaradılan iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. kimi sahələri əhatə edir. Xətai rayon sakinlərinin diqqətinə çatdırılır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər. Tel: (+99412) 490-08-08 E-mail: [email protected]