• 30 Sentyabr 2020
logo
Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı, 41 nəfər sağaldı

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlanıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 948 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.