• 19 Sentyabr 2020
logo
COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?

COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un qəpik və kağız pullar vasitəsilə ötürülə bilməsinin mümkünlüyünü açıqlayıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, hazırda COVID-19 virusunun qəpik və ya kağız pullar vasitəsilə ötürülə biləcəyini təsdiq və ya təkzib edən fakt yoxdur. Buna baxmayaraq, infeksiyaya yoluxmuş insandan xaric olunan tənəffüs damcıları səthlərin üzərinə düşə və orada qala bilər.

ÜST bunları nəzərə alaraq, insanlara tövsiyə edir ki, əllərinizi qəpik və ya kağız pullar kimi tez-tez toxunulan istənilən səthə və əşyaya vurduqdan sonra düzgün şəkildə, müntəzəm olaraq yuyun. Əlləriniz təmiz deyilsə, gözlərinizə, ağzınıza və burnunuza toxunmayın.