• 21 Sentyabr 2020
logo
Məleykə Abbaszadə: "Xəstə şəxs imtahana gəlməməlidir"

Məleykə Abbaszadə: "Xəstə şəxs imtahana gəlməməlidir"

“Bu il fevralda keçirilən magistratura imtahanlarında iştirakçıların hərarətini ölçmüşdük. Eyni zamanda martın 1-də keçirilən buraxılış imtahanında da bu proses gedib”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.
O qeyd edib ki, buraxılış imtahanları ilə bağlı payızda, sentyabrda təkrar imtahanlar təşkil olunur: “Qəbul imtahanları ilə əlaqədar belə hal olsa, qəbul imtahanı 2 dəfə keçirilsə, təbii ki, xəstə olan şəxsin imkanı olacaq ki, ikinci olan imtahana qoşulsun. Amma qəbul imtahanı bir dəfə keçirilsə, bizim belə imkanımız olmayacaq ki, sonra ona xüsusi imtahan təşkil edək. Burada hər bir insanın sağlamlığı bizim üçün çox vacibdir. İmtahana gələn hər bir şəxs özü bilməlidir ki, məsuliyyət daşıyır və xəstədirsə, imtahana gəlməməlidir. Belə hallar əvvəllər də olmuşdu ki, kimsə suçiçəyi, qızılca olsa da, imtahana gəlməyə cəhd göstərmişdi. Amma biz belə iştirakçıları imtahana buraxmırıq”.