• 22 Sentyabr 2020
logo
Təhsil Nazirliyi: Orta ixtisas təhsil pilləsinin bütün ixtisas qruplarında dəyişiklik olunub

Təhsil Nazirliyi: Orta ixtisas təhsil pilləsinin bütün ixtisas qruplarında dəyişiklik olunub

Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Məsələ ilə bağlı açıqlama verən Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov bildirib ki, əvvəlki təsnifatda 159 ixtisas var idi, yeni təsnifatda bu ixtisasların sayı 141-ə qədər endirilib: "Əsas dəyişiklik Təhsil ixtisasları qrupunda olub. Dəyişikliyə əsasən, 7 müəllimlik ixtisası həmin ixtisas qrupundan çıxarılıb. Pedoqoji sahəyə, müəllimlik ixtisasına böyük önəm verdiyimizə görə, qərara gəldik ki, pedoqiji ixtisaslar üzrə kadr hazırlığı yalnız ali təhsildə aparılsın. Ona görə də vacib olan 7 ixtisası – ibtidai sinif, informatika, xarici dil, musiqi müəllimliyi və s. - bu qrupdan çıxarmışıq. Bundan başqa, həmin ixtisas qrupuna inküliz təhsil ixtisası əlavə olunub. Ümumilikdə təhsil ixtisasları qrupunda 11 peşə üzrə ixtisas sayı 5-ə qədər endirilib. Bildiyiniz kimi, inklüziv təhsillə bağlı dövlət başçısı tərəfindən xüsusi Dövlət Proqramı qəbul olunub. Həmin Dövlət Proqramının icrasını təmin etmək məqsədilə kadr hazırlığını orta ixtisas təhsili pilləsində də aparmaq üçün bu cür dəyişiklik edilib". Sektor müdiri bildirib ki, Texniki və texnoloji ixtisaslar qrupunda da dəyişikliklər olub: "Həmin ixtias qrupunda 81 ixtisas var idi, onların sayı 74-ə qədər azaldılıb. Burada bəzi ixtisaslar – yol hərəkətinin təşkili, maşınqayırma texnologiyası, biotexniki və tibbi aparatlar və s. ixtisaslar çıxarılıb. Bu ixtisaslar ali təhsildə aparılacaq.