• 27 Sentyabr 2020
logo
Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər

Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

Komitədən verilən məlumata görə, DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.