• 25 Oktyabr 2020
logo
Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib

Dünyanın ən iri hava gəmisi Bakıda eniş edib

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib. Əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanına enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

"Mriya" aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən bir nüsxədə istehsal edilib. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil.

Heydər Əliyev Beynəlxalq Aeroportu böyük təyyarələri qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini dəfələrlə qəbul edib.