• 23 Sentyabr 2020
logo
Azərbaycanın pravoslav xristianları Pasxanı qeyd ediblər

Azərbaycanın pravoslav xristianları Pasxanı qeyd ediblər

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 18-dən 19-na keçən gecə qeyd edilib.

Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayırlar.

Bu il koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin gücləndirilməsi səbəbindən pravoslav məbədlərində Pasxa ibadəti dindarların iştirakı olmadan yerinə yetirilib. Mərasimdə yalnız ruhanilər iştirak ediblər.