• 1 Aprel 2023
logo
Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq

Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq

Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Qərara əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.