• 21 Sentyabr 2020
logo
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub, 62 nəfər sağalıb, 3 nəfər isə vəfat edib

Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub, 62 nəfər sağalıb, 3 nəfər isə vəfat edib

Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.