• 30 Sentyabr 2020
logo
İş və ya iş istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl iş günlərinin sayının 7-dən artıq olmaması təklif edilir

İş və ya iş istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl iş günlərinin sayının 7-dən artıq olmaması təklif edilir

Azərbaycanda iş və ya iş istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayının 7 günlə məhdudlaşdırılması təklif edilir.
APA-nın məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.
Sənəddə qeyd edilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər: “Bu halda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etməklə yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqət alınmalıdır. Bu məqsədlə həmin Məcəllənin müvafiq maddəsinin 7-ci hissəsinə “iş və ya iş istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı 7 gündən artıq ola bilməz” cümləsinin əlavə edilməsi zəruridir”.