• 22 Sentyabr 2020
logo
Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması daim dövlətimizin başçısının diqqətindədir

Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması daim dövlətimizin başçısının diqqətindədir

Azərbaycanda sosial dövlət quruculuğu uğurla və davamlı olaraq həyata keçirilir. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir. Son illər ərzində ölkəmizdə çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənərək ünvanlılığa üstünlük verilib, müvafiq islahatlar aparılıb, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi artırılıb. Ötən ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu paketin həcmi 4 milyondan çox insanı əhatə etdi. Minimum əməkhaqqı və pensiya artırıldı. Dövlət əlavə gəlirlərin tam həcmini sosial sahəyə yönəldir. Çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi, sosial sahə, Azərbaycanda əhalinin rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Azərbaycan vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzindədir.

Bunu açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Qənirə Paşayeva deyib ki, sosial sahə daxil olmaqla, digər sahələrdə aparılan islahatların nəticəsi olaraq Azərbaycan bu gün COVID-19 pandemiyası ilə mübarizədə digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və düşünülmüş siyasətin həyata keçirilməsi nəticəsində vəziyyət nəzarətdə saxlanıldı və xalqımız böyük itkilər yaşamadı:

"Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi, yüz minlərlə insan ölümü, iqtisadi böhran ilə müşahidə olunduğu bir dövrdə Azərbaycan dövlətinin mükəmməl siyasət yürütməklə infeksiyanın geniş yayılmasının qarşısının alınması, itkilərin az olması, eləcə də sosial-iqtisadi sahədə problemlərin aradan qaldırılması sahəsində həyata keçidiyi kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyəti çox böyükdür. Türkdilli Dövlətlərin Əmıkdaşlıq Şurasının fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun da qeyd etdiyi kimi, Azərbaycanın təcrübəsi başqa ölkələrə nümunə göstərilə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlətimiz iş yerlərinin və əməkhaqlarının qorunması məsələsində əlindən gələn dəstəyini göstərib. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ölkə üzrə əmək müqavilələrinin sayını müqayisə etsək, bu rəqəm yanvarın 1-dən aprelin 17-dək 77 min olduğu halda, cəmi 17 gün, yəni aprelin 1-dən 17-dək 55 min artıb. Ölkədə təqribən 300 min fərdi sahibkara dəstək verilir".

Komitə sədri əhalinin məşğulluq imkanlarının artırılması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib:

DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Beş min vətəndaşın bundan yararlandığını qeyd edən Q.Paşayeva ümumilikdə ictimai iş yerlərin sayının 90 minə çatdığını bildirib:

"İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən vətəndaşlara yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik müavinətin verilməsi təmin olunub. Azərbaycan Prezidentinin qərarı ilə bu imkandan 600 min vətəndaş yararlana biləcək. Birdəfəlik ödəmənin verilməsi aprel-may aylarını əhatə edəcək və növbəti mərhələdə həmin şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün uçot aparılacaq. Dövlətimiz işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli işlər aparır. Azərbaycan Prezidenti vətəndaşının sağlamlığı üçün narahatdır və onun sosial rifahının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir".

Deputat koronavirus pandemiyası dövründə sosial şəraiti ağır olanların, tənha yaşayan insanların, həssa qrup üzvlərinin da dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Bildirib ki, aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır, 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir.

Q.Paşayeva diqqətə çatdırıb ki, martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bunun üçün dövlət büdcəsindən 2,6 milyon manat ayrılıb:

"Ölkəmizin dayanıqlılığının təmin edilməsi və insanların sosial rifahının yaxşılaşdırılması üçün iqtisadiyyatın, qeyri-neft sektorunun, kənd təəssürafının daha da inkişaf etdirilməsi mütləqdir. Təbii ki, iqtisadiyyat güclü olanda vətəndaşın rifahını yüksəltmək də mümkün olur. Dövlətimizin gördüyü işlər postpandemiya dövrünə istiqamətlənib. Beləliklə, sosial sahədə görülən mühüm işlər Azərbaycan Prezidentinin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz nümunəsidir".