• 30 Sentyabr 2020
logo
Bakı metrosundan istifadə edənlərin sayı azalıb

Bakı metrosundan istifadə edənlərin sayı azalıb

Bu ilin yanvar-mart aylarında "Bakı Metropoliteni" QSC 50,9 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə 8,6% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-mart ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 55,6 mln. nəfər olub.
Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.