• 28 Sentyabr 2020
logo
Baş nazirin müavininin oğlu Bakıda koronavirus xəstələrini könüllü müalicə edir

Baş nazirin müavininin oğlu Bakıda koronavirus xəstələrini könüllü müalicə edir

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, həkim uroloq, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləyir.

F.Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləmək istəyərkən buna icazə verilməyib.

Həkim buna icazə verilməyəcəyi təqdirdə, işdən çıxmaq üçün ərizəsini yazacağını bildirib.

Daha sonra onun könüllü işləməsi üçün lazımi şərait yaradılıb. Hazırda o, digər həkimlərlə birgə koronavirusa yoluxanları müalicə edir.

Qeyd edək ki, F.Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun oğludur.