• 1 Oktyabr 2020
logo
Pandemiya Azərbaycan vətəndaşı üçün nələri dəyişdi ?

Pandemiya Azərbaycan vətəndaşı üçün nələri dəyişdi ?

Artıq 5 aya yaxındır ki, planetin Antarktidadan başqa 5 qitəsinin 190-dan çox ölkəsində COVİD-19 adlı təhlükəli koronavirusa pandemiyası yaylıb. Çoxlu sayda insan itkisi ilə tüğyan edən pandemiya ilə dövlətlər mübarizə aparır, kütləvi toplaşma və səyahət məhdudiyyətləri qoyur, ölkələrə giriş-çıxış bağlayıb, təhsil və iaşə müasisələri bağlanıb, dövlətlərin əksəriyyətində çoxlu iş yerləri və s. ixtisarə düşüb, iqtisadi itkilərə məruz qalan vətəndaşlara həm də sosial təcridlə nəticələnən sərt karantin qaydaları tətbiq edilir.

Sırf Azərbaycan insanın bu koronavirus pandemiyasına münasibəti haqqında danışsaq, Azərbaycan koronavirus pandemiyasının fəasdlarının ən az sirayət etdiyi ölkələrdəndir, bu isə əlbətdə Azərbaycan höküməti və Azərbaycan prezidentinin virusun yayılmasının qarşısının alınmasında tətbiq etdiyi effektli önləyici tədbirlərin sayəsində baş verdi.

Azərbaycan dünyanın çox az ölkələrindəndir ki, koronavirusla sistemli mübarizəyə hələ yanvar ayından başladı. Yanvar və fevral aylarında pandemiyanın tüğyan etdiyi ölkələrlə nəqliyyat əlaqələri dayandırıldı. Mart ayının əvvəlindən isə sosial xarakterli önləyici tədbirlər görülür, məktəblər bağlandı, Azərbaycan vətəndaşlarının pandemiyanın geniş yayıldığı ölkələrə səfərləri dayandırıldı. Tətbiq olunan öncə xüsusi rejim, ardınca isə xüsusi karantin rejimi virusun ölkəmizdə geniş areala yayılmasının qarşısı aldı, ölüm hallarının az olmasına səbəb oldu.

Bü günlərdə bütün dünyada dövlətlərin və cəmiyyətlərinin gələcəyi ilə bağlı narahatlığı olan fərdləri karonvirus pandemiyasının, hökümətlərin və cəmiyyətlərin bu təhülkəli zamanlarda davranışının vətəndaşlarının həyatında nəyi dəyişməsi haqqında suallar düşündür.

Etiraf edim ki, bir fərd olaraq bu sual məni də düşündürür və son iki ayda Azərbaycanda əhalinin pandemiyadan müdafiə tədbirlərinin, cəmiyyətimiz və vətəndaşımızın həyatında səbəb olduğu məqamlar haqqında fikirlərimi yazmaq qərarına gəldim.

Azərbaycan dövlətinin və dövlət başçısının əhalinin pandemiyadan müdafiəsi üçün həyata keçirdiyi çox pilləli fəaliyyət Azərbaycan vətəndaşının dövlət başçısına, hökümətə etimadını artırdı.

Cəmiyyətlərdə ictimai rəyin , fərdlərin hər hansı bir məsələyə münasibətini təkcə sosialoji araşdırmalarla deyil, həm də onların davranışından müəyyən etmək mümkündür.

Koronavirus pandemiyanın yayılmasının ilk günlərində bütün dünyada törətdiyi fəsadlar haqqında məlumatların təsiri Azərbaycan vətəndaşlarından da yan keçmədi. Əhalinin artan narahatlığının testeri kimi social media üzərindən total qorxu və həyacan müşahidə olunurdu.

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına etdiyi müraciətlər və əhalinin müdaifiə tədbilrəri iş yerlərinin qapadılmasına görə məruz qalacağı iqtisadi itkilərin narahatlığını yaşayan, adət etdiyi gündəlik sosial həyatı təcridlə limitlənən, KİV və social media üzərindən müxtəlif ölkələrdə virusun dəhşətli fəasadları haqqında təbliğatlarla qorxudulan Azərbaycan vətəndaşını diğər, hətta inkşaf etmiş ölkələrdə belə olduğu kimi panikaya düşməsinə imkan vermədi.

Hər nə qədər təhlükəli proses olsa belə hər şeyin dövlətin və dövlət rəhbərinin nəzarəti altında olmasından qaynaqlanan əminliyi siravi Azərbaycan vətəndaşının narahatlığını itirdi və deməli gələcəyə güvənini artırdı.

Bunun sübutunu artıq bir neçə həftədir sıravi vətəndaşların Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubların sayı və ən əsası da təşəkkür mətnlərindən aydın görmək olur. Ölkənin müxtəlif şəhər, rayon və qəsəbələrindən göndərilən vətəndaş məktubların mətnində ana xətti həyata keçirilən əhalinin müdafiə tədbirlərindən qaynaqlanan məmnuniyyət və vətəndaşların ölkə rəhbərinə inam və güvənin artması fikirləri təşkil edir.

Məsələn Masallı rayonundan Mirəsgər Bağırzadənin təşəkkür məktubunda “ tibbin ən inkişaf etmiş ölkələrində belə koronavirusun can alması fonunda Azərbaycanda həyata keçirilən tibbi müdafiə tədbirləri sayəsində çox az baş verdi. Ölkəmizdə vəziyyətin Azərbaycan Prezidentinin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib” kimi təsbitlər ifadə olunub.

Bakı şəhərindən Sabir Əfəndiyev prezidentə ünvanladığı məktubda Türkiyədə təhsil alan iki nəvəsi və onların timsalında xaricdə təhsil alan tələbələrə göstərilən diqqət və qayğıya görə təşəkkür edir və dünyanın harasında olmasından asılı olmayaraq Azərbaycan dövlətinin belə çətin zamanlarda vətəndaşına sahib çıxması, müdafiə olunmaq hissini yaşatdığı dövlətimizə təşəkkürünü bildirməsindən qürur və fərəh duyduğunu yazır.

Gədəbəy rayonundan əlil vətəndaşın, Sumqayıt şəhərindən işsiz vətəndaşın ünvanladığı məktublarin məzmunu isə Azərbaycan prezidentini həmiş olduğu kimi cəmiyyətin həssas təbəqələrinin məişət qayğılarının həll olunmasına görə minnətdrlıq hissi ilə ifadə olunur.

Prezident İlham Əliyevə koronavirusla əlaqədar vətəndaşlara etdiyi ilk müraciətdən sonra vətəndaşlar ona daha çox etibar etməyə başladılar.

Keçən ayın əvvəlindən Azərbaycan vətəndaşının xüsusi rejimin tətbiqi ilə ilə əlaqədər sosial media üzərindən təbliğatlarla hər gün daha çox artan narahatlıqları Prezident İlham Əliyevin həmən günlərdə Azərbaycan xalqına etdiyi ilk müraciəti, əhalinin müdafiə olunacağı haqqında anonsu və pandemiyanın Azərbaycana keçməsinin bütün mümkün kanallarının bağlanması istiqamətində görülən tədbirlərlə azaldı.

Prezidentin elan etdiyi cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən real dəstək və müdafiə proqramları , ardınca bu proqramların real həyata keçirilməsi Azərbaycan vətandaşında olan narahatlığı aradan qaldırdı.

Həyata keçirilən müdafiə tədbirləri pandemiyanın tüğyan etdiyi zamanlarda gələcəyi hələ qeyri müəyyən dünyada Azərbaycan vətəndaşının müdafiə olunma hissi, sabaha əminlik hissi, ən əsası gündəlik məişət qayğılarının həll ediləcəyi inamı Azərbaycan vətəndaşının dövlət institutlarına, siyasi hakimiyyətə və ən əsası prezidentə etimadın artması ilə nəticələndi. Bu isə koronavirus pandemiyasının tuğyan etdiyi əksəriyyət ölkələr üçün xarakterik olmayan bir mənzərə : cəmiyyət , dövlət və rəhbər həmrəyliyi, bütövlüyü mənzərəsi yaratdı.

Siyasi hakimiyyətlərin təbiətində vətəndaşların prezidentə və hökümətə etimadı hakimiyyətlərin möhkəmlənməsində əsas factor kimi durur.

Heç kimə sirr deyil ki, cəmiyyətlərin hakimiyyətlərə etimad səviyyəsi həm də onların mənəvi-əxlaqı vəziyyəti ilə bir başa əlaqəlidir və son illər social media üzərindən sistemli şəkildə dağıdılan local mənəvi əxlaqi dəyərlər həm də cəmiyyətlərin hökümətlərə etimad mədəniyyətini sıradan çıxarılması prosesi ilə müşaət olunurdu.

Bunu da qeyd etməliyik ki, cəmiyyətdə Azərbaycan prezidenti və hökümətinin artan etimaddan özlərinə bac götürmək istəyənlər və ya xüsusi karantin rejimini sobataj etmək istəyən radikal qüvvələr də tapıldı. Biz bu günlərdə bəzən sistemi, bəzən isə kortəbii çoxlu sayda “psevdo xeyriyyəçi” lərin dayanmayan təbliğatını və cəmiyyətdə belə psevdo xeyriyyəşilərə hörmətin “becərilməsi” cəhdlərinin şahidi olduq. Belə təbliğatların sırasında cəmiyyətdə milli əxlaqi dəyərlərə yad simaların təbliğatı isə yuxarıda haqqında danışdığım etimat mədəniyyətinin sarsıdılmasına və deməli hökümətə artan güvənin sarsıdılmasına yönəlik addımlar idi.

Çünki cəmiyyətlərə təbliğ olunan ictimai fiqurlara münasibətdə güvənin aşağı səviyyədə olması yekin nəticə kimi həm də siyasi hokümətlərə güvənin aşağı düşməsi ilə nəticələnir və bu özünü hər şeydən öncə siyasi qurumlara itən etimadla səciyyələnir.

Koronavirus pandemiyası planetimizə gəldiyi kimi də gedəcək, bu günlər bitəcək, həyat əvvəlki axarına dönəcək, lakin rəhbəri olduğu xalqı, başcısı olduğu dövləti var gücü ilə qoruyan liderləri vətəndaşlar, cəmiyyətlər heç vaxt unutmayacaq və həmişə onların ardınca gedəcək.

Yeganə Hacıyeva ,

Beynəlxalq münasibətlər üzrə ekspert,