• 18 Sentyabr 2020
logo
Azərbaycanda bəzi heyvanların ovlanmasına görə cərimələr 10 dəfəyədək artırıla bilər

Azərbaycanda bəzi heyvanların ovlanmasına görə cərimələr 10 dəfəyədək artırıla bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ova görə cərimələrin məbləğinin dəfələrlə artırılması məqsədilə hazırladığı təklifləri yaxın vaxtlarda hökumətə təqdim edəcək.

Bunu ETSN-in Dövlət Ekoloji Təhükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hazırda ov obyektlərinə qarşı cərimələr Nazirlər Kabinetinin 176 saylı qərarı ilə müəyyən edilir. Orada hər bir növ üzrə cərimənin məbləği konkret olaraq, qeyd edilib.

Həmin cərimələrin məbləğinin az olduğunu deyən H.Əlizadə əlavə edib ki, yeni layihədə bəzi növlər üzrə ova görə cərimənin məbləğinin hətta 10 dəfə artırılması təklif edilir:

“Biz istəyirik ki, cərimələrin məbləği dəfələrlə artsın. Bunun məqsədi yalnız qanunsuz ovun qarşısını almaqdır. Qanunsuz ova gedən şəxs fikirləşməlidir ki, mən gedib ov etsəm, 1000-2000 manat verməklə canımı qurtara bilməyəcəm, gərək sabah evimi, maşınımı satım ki, belə yüksək cəriməni ödəyim. Cərimə yüksək olacağı təqdirdə insanlar qanunsuz ov etməkdən çəkinəcəklər. Çünki onlar başa düşəcəklər ki, bir qanunsuz ov etməyin sonu olaraq, bütün həyatları boyunca cərimə ödəyəcəklər. Ona görə də biz yaxın vaxtlarda cərimələrin məbləğini dəfələrlə artıraracağıq”.