Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 18-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.