• 23 Sentyabr 2020
logo
Xüsusi karantin rejimi başlayandan 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb

Xüsusi karantin rejimi başlayandan 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”i fəaliyyətə başldıqdan sonra "Elektron hökumət" portalının xidmətlərindən biri olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. Onun sözlərinə görə, əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb: "İcazələr sistemi vətəndaşlarımızın sağlamlığını qorumağa xidmət etməklə yanaşı şəffaflığın artırılmasına da müsbət təsirini göstərib".