• 21 Sentyabr 2020
logo
Azərbaycanın diaspor fəalları arasında koronavirusa yoluxma halları baş verib - Komitə sədri

Azərbaycanın diaspor fəalları arasında koronavirusa yoluxma halları baş verib - Komitə sədri

Fransa, Almaniya, İsveç, ABŞ, Finlandiya, Gürcüstan, Rusiya və Ukraynada olan Azərbaycanın diaspor fəalları arasında koronavirusa yoluxma halları baş verib.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Muradov bildirib ki, həmin şəxslərin vəziyyəti normaldır, heç bir ciddi hal yoxdur.

F.Muradov əlavə edib ki, Azərbaycanın xaricə gedən və koronavirus ilə əlaqədar ölkəyə qayıda bilməyən vətəndaşalarına lazımi dəstək göstərilir.

O qeyd edib ki, bu günə qədər xaricdə olan tələbələr xaricdəki Azərbaycan evlərində yerləşdirilmişdi və hazırda onların yerləri dəyişdirilir.